Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzində TALIS, TIMSS və ICILS beynəlxalq qiymətləndirmə tədqiqatları icra olunur. Mərkəz tərəfindən ölkəmiz TALIS-2024 tədqiqatının sınaq mərhələsində iştirak edib.
Bu barədə beynəlxalq şagird qiymətləndirmə tədqiqatları üzrə milli qiymətləndirmə koordinatoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva məlumat verib. O qeyd edib ki, TALIS İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən, müəllimlərin və məktəb direktorlarının məktəblərdəki iş şəraitinə və öyrənmə mühitinə istiqamətlənən ilk beynəlxalq sorğudur. Ölkəmizin ilk dəfə qoşulduğu bu tədqiqatla bağlı ADPU-nun Strateji İnkişaf Mərkəzi tərəfindən ilin əvvəlindən başlayaraq, respublika üzrə müəllim və direktorlarla onlayn görüşlər təşkil olunub, yekunda, ümumilikdə 1348 müəllim sorğuya cəlb olunub.
Prorektor bildirib ki, ölkəmiz ilk dəfə 2011-ci ildə TIMSS (riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə) tədqiqatında iştirak edib. Dörd ildən bir keçirilən bu beynəlxalq tədqiqatda orta məktəblərin IV və VIII sinif şagirdləri iştirak edir. Cari ildə Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzi tərəfindən TIMSS-2023 tədqiqatı ilə bağlı seçilmiş 199 məktəbin 234 sinfində IV sinif, 246 məktəbin 339 sinfində isə VIII sinif şagirdləri üçün imtahanlar təşkil olunub. Bununla bağlı bir neçə ay ərzində seçilmiş ADPU tələbələri, müəllimlər, şagirdlər və koordinatorlar üçün müvafiq təlimlər təşkil olunub.
ICILS (kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə proqramı) 2013-cü ildən təşkil olunur. Azərbaycan ilk dəfə 2023-cü ildə bu tədqiqata qatılıb. ADPU-nun Strateji İnkişaf Mərkəzi tərəfindən ICILS-2023 qiymətləndirmə tədqiqatının əsas mərhələsi üzrə təhsilverənlər və təhsil alanlar üçün təlim proqramları hazırlanıb və həyata keçirilib, Naxçıvan Muxtar Respublikasında və regionlarda imtahanlar təşkil edilib. Komanda tərəfindən cari ay ərzində açıq sualların yoxlanılması prosesi icra olunur.
Tehsil-press.az