Ötən il 5 mindən çox dördüncü sinif şagirdi beynəlxalq qiymətləndirmədə iştirak edib

Ötən il 5 mindən çox dördüncü sinif şagirdi beynəlxalq qiymətləndirmədə iştirak edib 2021-ci ildə Azərbaycan PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edib.
Ölkə üzrə 52 region, 200 məktəb, 200 nəfərdən çox müəllim, 5300-ə yaxın 4-cü sinif şagirdi qiymətləndirməyə qatılıb.
Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat) 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən beş ildən bir təşkil olunur.

Tehsil-press.az


Oxşar xəbərlər