Azərbaycan TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində iştirak edib

Azərbaycan TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində iştirak edib Azərbaycan TALIS (The Teaching and Learning International Survey) beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində iştirak edib.
Pilot mərhələnin əsas məqsədi tədqiqatın sınaq mərhələsində istifadə olunacaq sualların respondentlər tərəfindən anlaşıla bilən olub-olmadığını yoxlamaqdır. Mart ayında təşkil edilmiş pilot mərhələdə 21 məktəb üzrə 7 məktəb rəhbəri və 14 müəllim respondent olaraq iştirak edib.
TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi 2023-cü ildə, əsas mərhələsi isə 2024-cü ildə keçiriləcək.
Qeyd edək ki, TALIS 55-ə yaxın ölkədə müəllimlərin və direktorların professional inkişafı, tədrisə dair baxışları, təcrübələri, həmçinin onların işinin qiymətləndirilməsi kimi məsələlərə toxunmaq məqsədilə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 5 ildən bir keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər