BMT “Taxıl sazişi”nə görə toplanacaq

BMT “Taxıl sazişi”nə görə toplanacaq BMT Təhlükəsizlik Şurası iyulun 21-də iclas keçirəcək.
Buna səbəb Rusiyanın taxıl sazişində iştirakını dayandırması ilə bağlıdır.
İclas Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Xatırladaq ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib.
Saziş bu həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər