Azərbaycanlı gənc ikili doktorantura proqramı çərçivəsində fəlsəfə doktoru diplomu alıb

Azərbaycanlı gənc ikili doktorantura proqramı çərçivəsində fəlsəfə doktoru diplomu alıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransanın Monpelye Universiteti arasında imzalanmış ikili doktorantura proqramı çərçivəsində Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Fidan Hüseynova Monpelye Universitetində “Diş toxumasının bərpası üçün diş pulpunun kök hüceyrələrinin angiogenik aktivləşməsi” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
O, elmi rəhbəri Veronik Barragan-Monteronun dəvəti ilə Monpelye Universiteti tərəfindən “Məzun günü” tədbirinə qatılıb. Tədbirdə məzunlara təntənəli şəkildə PhD diplomları təqdim olunub.
Səfər çərçivəsində Fidan Hüseynova Monpelye Universitetinin Biomühəndislik və nanoelmlər laboratoriyasında, Kimya məktəbi kosmetologiya laboratoriyasında olub, professorlarla görüşərək gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

Tehsil-press.az


Oxşar xəbərlər