AMEA Fransanın Monpelye Universiteti ilə birgə doktorantura proqramı elan edib

AMEA Fransanın Monpelye Universiteti ilə birgə doktorantura proqramı elan edib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişi əsasında birgə doktorantura proqramı elan olunur.
Namizədlər həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcəklər. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.
Müraciətlər iyunun 24-dək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir. Təqdim olunacaq sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq əlaqələr idarəsinə müraciət edilməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər