AMEA Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin aparıcı elmi işçisi, dosent Rafiq Səfərov AMEA alimlərinin Avropanın elmi müəssisələrində postdoktoral tədqiqatlar aparmaları məqsədilə elan edilmiş müsabiqənin qalibi olub.
Rafiq Səfərov proqram çərçivəsində Fransanın Monpelye Universitetinin Yer elmləri laboratoriyasında 6 ay müddətində postdoktoral tədqiqat işini yerinə yetirəcək. Məqsəd Qafqaz ərazisində Yer qabığı horizontal hərəkətlərinin və deformasiya sürətlərinin zaman-məkan paylanma qanunauyğunluqlarının tədqiqidir. Bu elmi-tədqiqat işində GNSS, həmçinin digər geofiziki məlumatların emalı, riyazi-fiziki modellərin tərtibi və geoloji interpretasiyanın yerinə yetirilməsi nəzərdə tutulur.
Tədqiqat işi Monpelye Universitetinin Yer elmləri laboratoriyasının elmi tədqiqatçısı, Aralıq dənizi və Orta Şərq regionunun kinematikası və geodinamikası üzrə çalışan doktor Filip Vernantın rəhbərliyi altında aparılacaq.
Tehsil-press.az