AMEA ilə Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişi əsasında növbəti birgə doktorantura proqramı elan olunur.
Namizədlər həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcəklər. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.
Müsabiqə üçün elan edilən mövzuların siyahısı AMEA-nın saytında verilib.
Müraciətlər mayın 15-dək AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən qəbul edilir. Təqdim olunacaq sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Xarici əlaqələr idarəsinə müraciət edilməlidir. Email: [email protected]
Tehsil-press.az