Çexiya Prezidenti Petr Pavel respublikanın 14 vətəndaşının Ukrayna Silahlı Qüvvələrinə qoşulmasına icazə verib və daha səkkiz müvafiq müraciəti rədd edib.
Çexiyanın bundan öncəki prezidenti Miloş Zeman 2022-ci il fevralın 24-dən səlahiyyət müddəti bitənədək 132 vətəndaşa Ukrayna ordusuna qoşulmaq icazəsi vermişdi. Lakin indiyə qədər icazə verilən 146 çexiyalıdan neçəsinin Ukraynaya getdiyi məlum deyil.
Çexiya qanunvericiliyi prezidentin icazəsi olmadan hərbi birləşmələrdə iştirakı istisna edir. Belə ki, iyulun 2-də ölkə polisi vətəndaşlarından birini müvafiq icazə olmadan könüllü olaraq Ukrayna ordusunun sıralarında döyüşməkdə ittiham edib.
Tehsil-press.az