Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişənin davam etdiyi Sudanda 4,3 milyondan çox insanın məcburi köçkün olduğunu açıqlayıb.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ( UNHCR ) sözçüsü Uilyam Spindler bildirib.
O qeyd edib ki, Sudanda bu ilin aprel ayının 15-dən bəri davam edən vətəndaş müharibəsi ilə bağlı qiymətləndirmələr edilib və bunun nəticəsində məcburi köçkünlərin sayı müəyyənləşdirilib.
“Sudanda münaqişə başlayandan bəri 4,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmə qonşu ölkələrə gedən 900 mindən çox qaçqın və sığınacaq axtaran və Cənubi Sudana qayıtmalı olan 195 min cənubi sudanlı da daxildir”, - deyə qeyd olunub.
Uilyam Spindler sudanlıların olduqları yerdən qaçmağa davam edəcəkləri təqdirdə, ölkə daxilində və qonşu ölkələrdəki izdihamın daha da artacağını vurğulayıb.
Tehsil-press.az