Ekvadorda seçkilərə az qalmış daha bir siyasətçi öldürülüb

Ekvadorda seçkilərə az qalmış daha bir siyasətçi öldürülüb Naməlum silahlı şəxslər Ekvadorun “Vətəndaş İnqilabı” müxalifət hərəkatının üzvü Pedro Brionesi Esmeraldas əyalətində güllələyiblər.
Bu barədə siyasi qüvvədən prezidentliyə namizəd Luis Qonzales məlumat verib.
“Ekvador öz tarixinin ən qanlı dövrünü yaşayır. Zorakılıq dalğasının qurbanı Pedro Brionesin ailəsi ilə həmrəy olduğumu bildirirəm", - deyə o bildirib. Siyasətçi hazırkı hökuməti Ekvadorda təhlükəsizlik vəziyyətini pisləşdirməkdə ittiham edib.
“Expreso” qəzetinin məlumatına görə, ilkin məlumatlara görə, Briones ondan pul tələb edən dəstə üzvləri tərəfindən öldürülüb. Polis siyasətçinin başqa səbəblərdən təhdidlər alıb-almadığını yoxlayır.
Qeyd edək ki, bundan əvvəl avqustun 9-da Ekvadorda prezidentliyə namizəd Fernando Villavicencio seçkiqabağı kampaniyası çərçivəsində keçirdiyi görüşdən sonra naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər