ADNSU-da kəsiri olan və qiymətini daha da yüksəltmək istəyən tələbələr imtahan verirlər

ADNSU-da kəsiri olan və qiymətini daha da yüksəltmək istəyən tələbələr imtahan verirlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ilinin yay semestr imtahanları keçirilir. İmtahanlarda əvvəlki semestrlərdə kəsiri olan və qiymətini daha da yüksəltmək istəyən tələbələr iştirak edirlər.
Yazılı, yazılı-şifahi şəkildə keçirilən yay imtahanlarında ümumilikdə universitet üzrə 1000 (min) nəfərdən yuxarı tələbə iştirak edir. İmtahan üçün universitetdə bütün lazımi şərait yaradılıb, eyni zamanda, şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi vasitəsilə imtahan zamanı baş verə biləcək köçürmə və digər mənfi halların qarşısının alınmasına ciddi nəzarət olunur.

Tehsil-press.az


Oxşar xəbərlər