Ukrayna və Rumıniya sərhəddə əlavə keçid məntəqələri açmaq niyyətindədirlər.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Buxarestdə rumıniyalı həmkarı Marsel Kolaku ilə danışıqlardan sonra bildirib.
“Biz ümumi sərhədimiz boyunca avtomobil, dəmir yolu, dəniz və çay nəqliyyatı üçün yeni buraxılış məntəqələri açmağı planlaşdırırıq. Biz, həmçinin onlara giriş yollarını, dəmir yolu infrastrukturunu inkişaf etdirmək, tıxacları azaltmaq üçün hərəkətə nəzarət mexanizmlərini tətbiq etmək, sərhəd, gömrük və fitosanitar nəzarəti sadələşdirmək niyyətindəyik”, -deyə Baş nazir söyləyib.
O əlavə edib ki, Kiyev və Buxarest malların tranzitini asanlaşdırmaq üçün koordinasiyalı sərhəd nəzarətinin tətbiqini nəzərdən keçirəcəklər: “Tərəflər mövcud liman infrastrukturundan maksimum istifadə etmək və onun inkişafına investisiya cəlb etmək məqsədilə Dunay regionunda əməkdaşlığı intensivləşdirəcəklər”.
Tehsil-press.az