UNEC tələbəsi Bazardüzü zirvəsində

UNEC tələbəsi Bazardüzü zirvəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin IV kurs tələbəsi İlham Əmrahov Azərbaycanın ən yüksək nöqtəsi olan Bazardüzü zirvəsinə (4466 m.) qalxıb.
Çətin hava şəraitinə baxmayaraq, İlham Əmrahov Bazardüzü zirvəsində UNEC və Kitabxana-İnformasiya Mərkəzinin 24/7 kitabxanasının bayraqlarını dalğalandırmağa nail olub. O, ekspedisiyasını Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə və UNEC 24/7 kitabxanasının bu il qeyd ediləcək 5 yaşına həsr edib.

Tehsil-press.az


Oxşar xəbərlər