UNEC-in kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

UNEC-in kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi şəhidlərin xatirəsinə ucaldılmış UNEC-in Memorial-Xatirə Kompleksini ziyarət ediblər.
Universitetin kollektivi ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini dərin ehtiramla yad edərək, abidənin önünə əklil qoyublar və gül dəstələri düzüblər.
Xatırladaq ki, 20 Yanvar hadisələrində UNEC-in iki tələbəsi - İlqar Əbilhəsənov və Habil Əzizov şəhid olublar.

Tehsil-press.az



Oxşar xəbərlər