Kemerovada Potterlər ailəsində Harri dünyaya gəlib

Kemerovada Potterlər ailəsində Harri dünyaya gəlib Kemerovada məzəli bir əhvalat baş verib – orada yaşayan Alina və Sergey Potterlər ailəsində oğlan uşağı dünyaya gəlib. Ona Harri adını verməyə qərara gəliblər. Bu qeyri-adi hadisə barədə “Sibdepo” jurnalında yazılıb.
Maraqlı fakt ondan ibarətdir ki, cütlük Harri Potter haqqında silsilə kitabları ilə tanış olması və onu sevdiyinə baxmayaraq, heç də ingilis yazıçısı Coan Roulinq yaradıcılığı və onun gənc sehrbaz haqqında kitablarının fanatları deyil. Uzaq Sibirə populyar ingilis soyadını Estoniyadan tranzitlə Sergeyin əcdadları gətiriblər.
“Biz oğlumuza Harri Potter adını vermək qərarına gəldik, çünki bu sehrli addır, o, real dünyaya çoxlu sehr gətirəcək. Əslində, planetin hər bir sakini Harri Potter adını tanıyır”, – deyə Sergey bu ad seçimini izah edib. Valideynlər körpələrinin cinsini bildikləri an dərhal seçim ediblər.
Ailə başçısı həmçinin əlavə edib ki, hər halda oğlu bu addan çox güman ki, gizlənə bilməyəcəkdi: “Biz ona istənilən adı verə bilərdik, amma bundan asılı olmayaraq, bu soyadla onu onsuzda Harri Potter adlandıracaqdılar, lakin indi bu zarafat deyil, onun əsl adıdır”.
“Ən azından oğlum hər zaman adı ilə yadda qalacaq”, – deyə yenicə ata olan Sergey sözünü yekunlaşdırıb.
Harri Sergeyeviç Potter avqustun 25-də dünyaya göz açıb.

Tehsil-press.az


Oxşar xəbərlər