Stenford Universitetinin alimi yadplanetlilərin Yerə səfər etdiyinə və hazırda planetimizdə yaşadıqlarına əmin olduğunu bildirib.
İmmunoloq Harri Nolan bu barədə “Pentaqon, planetimizdən kənar təfəkkür və qəzaya uğrayan UNO” konfransında çıxışı zamanı deyib.
Alimin fikrincə, insanlar çox güman ki, yadplanetlilərlə qarşılaşıb, lakin qeyri-adi heç nə hiss etməyiblər. O, “ilkin məlumatın toplanmasında” iştirak edən və “qəzaya uğrayan uçan aparatların tərs layihələndirilməsi” üzərində çalışan şəxslərlə ünsiyyətindən sonra belə nəticəyə gəldiyini bildirib.
Nobel mükafatına namizəd Harri Nolan uçan naməlum obyektlərin (UNO) səfərləri zamanı kənara atılan materialların analizi üzrə eksperimentlər aparıb. O, eyni zamanda Birləşmiş Ştatların yüzlərlə dövlət qulluqçusuna təsir edən və ürəkbulanma, başgicəllənmə, baş ağrıları ilə xarakterizə olunan Havana sindromunu araşdırmaq üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində çalışıb.
Tehsil-press.az