Bolqarıstanın Baş naziri Balkanları vahid siyasi bölgə kimi görmək istəyir

Bolqarıstanın Baş naziri Balkanları vahid siyasi bölgə kimi görmək istəyir Bolqarıstanın Baş naziri Nikolay Denkov Balkanları vahid region kimi görmək istədiyini açıqlayıb.
Baş nazir bu barədə Sloveniyanın Bled şəhərində keçirilən Beynəlxalq Strateji Forumda bildirib.
“Bütün Balkan ölkələrinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamasına şad olaram. Balkanlar iqtisadi və coğrafi bölgədir, ümid edirəm ki, bu, siyasi baxımdan da belə olacaq. Avropa İttifaqı sadəcə coğrafi birlik deyil, o, bizi birləşdirən dəyərlərə əsaslanır. Balkan yarımadasının dövlətləri anlamalıdır ki, biz irəli getmək üçün birlikdə olmalıyıq”, - deyə N.Denkov söyləyib.
Qeyd edək ki, Sloveniyada təşkil olunan Forum “Qlobal təhlükəsizlik naminə həmrəylik” şüarı altında keçirilir.
Forumda Albaniya, Bolqarıstan, Şimali Makedoniya, Serbiya, Sloveniya, Xorvatiya və Monteneqronun rəhbərləri, çoxsaylı vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları və elm adamları iştirak edirlər.

Tehsil-press.az



Oxşar xəbərlər