Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbbibəyli, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və Türkiyə Dil Qurumunun prezidenti professor Osman Mert Ankarada Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Yüksel Ozgenlə görüşüblər.
Görüş zamanı qeyd olunan qurumların rəhbərləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub. Bundan başqa, Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlər müzakirə edilib, ortaq layihələrin həyata keçirilməsi, birgə elmi nəşrlərin mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər