Beynəlxalq Türk Akademiyası əməkdaşlıq əlaqələrini genişləndirir

Beynəlxalq Türk Akademiyası əməkdaşlıq əlaqələrini genişləndirir Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Macarıstanın Astanadakı səfiri Otto İvan Rona ilə görüşüb.
Görüşdə mədəniyyət, təhsil və elm sahələrində aparılan tədqiqatlar müzakirə edilib, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində birgə layihələrdən bəhs olunub. Xüsusilə Beynəlxalq Türk Akademiyasının macar xalqının Dyord Almaşi, Gyula Nemet və İştvan Mandoki Konqur kimi böyük şəxsiyyətlərinə həsr olunmuş fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Şahin Mustafayev macar alimlərini Akademiyanın təşəbbüsü ilə həyata keçirilən birgə layihələrdə fəal iştirak etməyə çağırıb.
Otto İvan Rona isə çıxışında Beynəlxalq Türk Akademiyasının prezidentinə yeni vəzifəsində uğurlar arzulayıb, həyata keçirilən fəaliyyətlərə və elmi-tədqiqat işlərinə zəruri dəstək verəcəklərini ifadə edib.

Tehsil-press.az



Oxşar xəbərlər