Ulan-Batorda “Transaltay sabitlik dialoqu: Gender bərabərliyi və davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edən Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayev Monqolustan parlamentinin sədri Zandanşatar Qombojav ilə görüşüb.
Görüşdə Zandanşatar Qombojav 2014-cü ildən Monqolustan Elmlər Akademiyası və Beynəlxalq Türkiyə Akademiyasının birgə elmi layihələri uğurla həyata keçirdiklərini bildirib. Monqolustan parlamentinin sədri qeyd edib ki, beynəlxalq forumun açılış mərasimində iştirak edən alimlər Altay tədqiqatlarında müasir metodlar, Altay xalqlarının dilləri, mədəniyyətləri, tarixi, adət-ənənələri və inkişaf yolları haqqında məruzə ilə çıxış ediblər. O, bu səbəbdən sözügedən istiqamətlərdə aparılan tədqiqatların vacibliyini bildirib, araşdırmalara dəstək verəcəklərini söyləyib.
Akademik Şahin Mustafayev isə forumun yüksək səviyyədə təşkilinə görə Monqolustan parlamentinin sədrinə təşəkkür edib. Beynəlxalq Türk Akademiyası ilə Monqolustan Elmlər Akademiyası arasındakı əməkdaşlığa toxunan Şahin Mustafayev bildirib ki, ötən gün Nomqon vadisində aparılmış birgə arxeoloji qazıntılar nəticəsində iki qurum yeni elmi kəşf olan Kutluk İlteriş Kağan abidə kompleksini üzə çıxarıb.
Şahin Mustafayev eyni köklərə söykənən Altay xalqlarının dilçilik, mədəniyyət və elm sahələrində əməkdaşlığının genişləndirilməsində beynəlxalq fəaliyyətin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, BTA-nın Monqolustan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu qeyd edib.
Sonda bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflərin müzakirə etdiyi məsələlər arasında Monqolustanın Beynəlxalq Türk Akademiyasına üzvlük şərtləri də olub.
Tehsil-press.az