“Qazaxıstanda konsertlərimin keçirilməsinə dövlət səviyyəsində mane olurlar”

“Qazaxıstanda konsertlərimin keçirilməsinə dövlət səviyyəsində mane olurlar” Rusiyalı şoumen Maksim Qalkinin Qazaxıstandakı konsertləri ləğv olunub.
“Düşmənlərimi sevindirəcəyəm - Qazaxıstanda konsertlərin keçirilməsi ilə bağlı problemlərim var. Orada dövlət səviyyəsində mənim Astanada və Almatıda konsertlərimə hər cür mane olurlar”, - o deyib.
Onun sözlərinə görə, ölkə hakimiyyəti onun gəlişinə qarşıdır: “Başa düşürəm, yəqin ki, Qazaxıstan hakimiyyəti üçün nə iləsə qorxuluyam ki, məndən belə qorxublar. Bir gün sizə gələcəyəm, amma bu dəfə deyil, çünki səlahiyyətlilər konsertlərimin baş tutmaması üçün hər şeyi edirlər. Çox kədərlidir”.

Tehsil-press.az


Oxşar xəbərlər