Azərbaycan Dillər Universiteti əməkdaşının məqaləsi Qazaxıstanda nəşr olunub

Azərbaycan Dillər Universiteti əməkdaşının məqaləsi Qazaxıstanda nəşr olunub Bu il Qazaxıstanda ictimai xadim, maarifçi, dilçi, ədəbiyyatşünas Əhməd Baytursınovun 150 illik yubileyi UNESCO səviyyəsində qeyd olunur. Bununla əlaqədar olaraq, Qazaxıstanda silsilə konfranslar, dəyirmi masalar və digər tədbilər keçirilir. Həmçinin Qazaxıstanda nəşr olunan bir çox jurnalların sayları Ə.Baytursınova həsr olunub.
Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyə Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov və qazaxıstanlı dosent Aliyə Biyazdıkovanın birlikdə hazırladığı “Ə.Baytursınovun Orenburq dövrü” adlı məqalə Qazaxıstan Milli Elmlər Akademiyası Ə.Baytursınov adına Dilçilik İnstitutunun beynəlxalq indeksli “Tıltanymn” jurnalının 2022-ci il 2-ci sayında dərc olunub.
Məqalədə A.Baytursınovun həyat və yaradıcılığına nəzər salınıb, görkəmli elm fədaisinin qazax milli kimliyinin formalaşmasında, qazax dilinin inkişafında, çar və sovet Rusiyası dövründə Qazaxıstanda maarifçilik hərəkatının təşəkkülündə və genişlənməsində misilsiz rol oynamasından, Orenburqdakı elmi çalışmalarından, milli mətbuatın yaradılmasındakı fəaliyyətindən bəhs olunur.

Tehsil-press.az



Oxşar xəbərlər