80-ci Venesiya kinofestivalının ilk günündən

80-ci Venesiya kinofestivalının ilk günündən İtaliyanın Lido adasında 80-ci Venesiya kinofestivalının açılışı baş tutub.
Qırmızı xalıya münsiflər heyətinin sədri Demyen Şazell həyat yoldaşı ilə, modellər Byanka Balti, Mariyakarla Boskono və Toni Qarrn, rejissorlar Ceyn Kempion, Luka Quadanino və Martin Makdona, rusiyalı aktrisa Kseniya Rappoport və digərləri çıxıblar.
Tədbirdə, həmçinin Aosta sülalələsindən olan ilk italiyalı kralın nəslinin nümayəndələri Viola və Vera Arrivabene iştirak ediblər. Onlar “ViBi Venezia” ayqqabı brendinin təsisçiləridir.
Mərasim “The Night Clerk” (1974) filminin 90 yaşlı rejissoru Liliana Kavaniyə “Müqəddəs Markın qızıl şir” mükafatının təqdim olunması ilə başlayıb. O, dünya film sənətinə verdiyi töhfələrə və karyera nailiyyətlərinə görə mükafatlandırılıb. O, festivalda son 20 ildə ilk filmi “L'ordine del tempo”nu təqdim edəcək.
Bu il Hollivud ulduzlarının çoxu Aktyorlar Gildiyasının etirazları səbəbindən festivalda iştirak edə bilməyəcək. Bu təşkilatın üzvlərinin işləmək hüququ yoxdur, onlara filmlərin tanıdılması ilə bağlı tədbirlərdə iştirak etmək qadağan olunub.
Xatırladaq ki, iyulun ortalarında Hollivudda başlayan etirazlara səbəb Kino və Televiziya Prodüserləri Alyansının SAG-AFTRA Həmkarlar İttifaqı ilə uğursuz danışıqları olub. Aktyorlar, ssenaristlər və Hollivudun bütün əməkdaşları maaşlara yenidən baxılmasını və iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edir. Etirazların davam etdiyi vaxt ərzində heç kim filmlərə çəkilmir, müsahibə vermir və hətta yeni ekran işlərinin premyeralarına qatılmır.

Tehsil-press.az


Oxşar xəbərlər