Türkiyənin İstanbul Nişantaşı Universitetinin nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova ilə keçirilən görüşdə bu il 100 illik yubileyi qeyd edilən universitetin hər zaman beynəlxalq əlaqələrə önəm verdiyi, xüsusən Türkiyənin bir sıra universitetləri ilə əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb.
Görüşə onlayn qatılan Nişantaşı Universitetinin rektoru professor Şenay Yalçın dəfələrlə Azərbaycanda olduğunu və ölkəmizi çox sevdiyini bildirib, ADMİU ilə əməkdaşlığın yaranmasından məmnunluğunu vurğulayıb. Rektor qeyd edib ki, İstanbul Nişantaşı Universiteti “Is This The Real?” (Bu gerçəkdirmi?) film festivalı çərçivəsində qonaq ölkə olaraq Azərbaycanı seçib. Festivalın əsas məqsədi dost və qardaş ölkə Azərbaycanın kino sənətinin kinosevərlərə tanıdılması, yeni filmlərin dəyərləndirilməsi və Azərbaycanın kino tarixi, kino sənəti haqqında məlumatların Türkiyə auditoriyasına çatdırılmasıdır. Bu mənada İstanbul Nişantaşı Universiteti və ADMİU-nun birgə keçirəcəyi beynəlxalq festival Azərbaycan kinosunun təbliği baxımından mühüm hadisədir. Festivalda ADMİU-nun professor-müəllim heyəti və tələbələri fəal iştirak edəcək. Mütəxəssislərdən biri festivalın münsiflər heyətində təmsil olunacaq. Bununla yanaşı, ADMİU-nun Audiovizual sənətlər fakültəsinin əməkdaşları Nişantaşı Universitetinin tələbələri üçün ustad dərsi, seminarlar və təlimlər keçirəcək. Festivalda, həmçinin Azərbaycanı təmsil edən filmlərin nümayişi nəzərdə tutulub. Bu əməkdaşlığın yaxın gələcəkdə birgə həyata keçiriləcək önəmli işlərin, layihələrin təməli olduğunu deyən Ş.Yalçın iki universitetin əlaqələrinin qardaş ölkələrin mədəni əlaqələrinin genişlənməyində də faydalı olacağına inandığını əlavə edib.
Daha sonra iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tehsil-press.az