“Moskva ölmüş hərbçilərinə sahib çıxmır” - Reznikov

“Moskva ölmüş hərbçilərinə sahib çıxmır” - Reznikov “2022-ci il fevralın 28-də Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlarda Moskva ölmüş hərbçilərinə sahib çıxmayıb”.
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.
“2022-ci il fevralın 28-də Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlarda artıq 3 000 civarında ölmüş rusiyalı var idi. Nümayəndə heyətinə deyirəm ki, əhalinin çıxarılması məsələsində anlaşdıq, bəs sizin ölənlərinizin meyitlərini nə edəcəyik? Nümayəndə heyətinin rəhbəri (Rusiya) müdafiə nazirinin müavininə üz tutur, o isə deyir ki, “Təsdiq etmirik, 10, 20, ya da 30 ölü var”. Mən də deyirəm ki, siz təsdiq etməsəniz də, üç mindir”, - deyə nazir bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər