Seneqal qoşunları Nigerə mümkün müdaxiləyə hazırlaşır

Seneqal qoşunları Nigerə mümkün müdaxiləyə hazırlaşır Seneqalın silahlı qüvvələri Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) himayəsi altında Nigerə müdaxilə etmək üçün Beninə yerləşməyə hazırlaşır.
ECOWAS qüvvələri üçün bazaya çevrilə biləcək Beninin Kotonou şəhərinə səfərbər edilmiş 900 əsgər və hərbi texnikanın köçürülməsinin “Air Senegal” tərəfindən həyata keçiriləcəyi güman edilir.
Seneqalın "L'Observateur" qəzetinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Mbaye Sissenin notasına istinadla verdiyi məlumata görə, Seneqal hakimiyyəti artıq səfərbərliyə başlayıb. Avqustun 11-i tarixli notada hərbçilərə ölkənin qərbindəki Tiez şəhərində toplaşmaq əmri verilib.
ECOWAS-ın Siyasət, sülh və təhlükəsizlik üzrə komissarı Abdel Fatau Musah daha əvvəl bildirmişdi ki, Nigerdəki vəziyyətə hərbi müdaxilənin başlaması üçün dəqiq tarix müəyyənləşib. Hələlik dəqiq tarix barədə rəsmi məlumat verilməyib.

Tehsil-press.az


Oxşar xəbərlər