“Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” - elmi konfrans

“Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” - elmi konfrans Sentyabrın 15-16-da AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Elmi konfrans Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr ediləcək.
Konfrans “Görmənin neyrofiziologiyası”, “Görmənin patoloji və klinik biokimyası”, “Görmə patologiyasının molekulyar mexanizmləri”, “Görmə və ətraf mühit faktorları”, “Görmə sistemi və neyrodegenerativ proseslər”, “Herontoloji oftalmologiya, “Oftalmofarmakologiya”, “Neyron şəbəkələri. Görmə siqnalının prosessinqi. Görmə persepsiyasının mexanizmləri”, “Neyroikonika”, “Peşə patologiyaları. Görmənin peşə patologiyası”, “Göz xəstəliklərinin yeni diaqnostik və korreksiya üsulları”, “Peşə patologiyalarının tarixi və müasir epidemiologiyası”, “Peşə patologiyalarının profilaktikası”, “Peşə patologiyalarının müasir diaqnostika və müalicə üsulları”, “Koqnitiv elmlər və neyrotexnologiyalar” istiqamətlərini əhatə edir.
Konfrans haqqında ətraflı məlumatla AMEA-nın saytında tanış olmaq mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər