Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Novator alim, işıqlı şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə akademik Zərifə Əliyevanın ömür yoluna və çoxşaxəli elmi fəaliyyətinə həsr olunmuş sərgi ilə tanışlıq olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra görkəmli alim Zərifə Əliyevanın fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Tədbiri açan AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun tibb elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıb, alimin xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildirib.
AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış edərək zəngin elmi irsi ilə Azərbaycan oftalmologiyasına mühüm töhfələr vermiş Zərifə Əliyevanın Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb. Bildirib ki, oftalmologiya sahəsində elmi məktəb yaratmış görkəmli alimin birbaşa rəhbərliyi ilə gənc mütəxəssislər və həkim-oftalmoloqlar nəsli yetişib. O, bu nəslin sonuncu nümayəndələrinin bugünkü konfransda iştirak etdiyini vurğulayıb.
Akademik İradə Hüseynova dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planının hazırlandığını bildirib, AMEA-da bu istiqamətdə görülmüş işlərdən, keçirilmiş silsilə tədbirlərdən bəhs edib.
O, bugünkü elmi konfransın dünyaşöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elmlərinin görkəmli nümayəndəsi, akademik Cəlal Əliyevin vaxtilə rəhbərlik etdiyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilməsinin böyük əhəmiyyəti olduğuna diqqət çəkib.
Vitse-prezident cəmi 62 il ömür sürmüş Zərifə xanımın qısa ömrünə fundamental tədqiqatlar, əhəmiyyətli elmi nəticələr sığdırdığını qeyd edib, alimin çoxşaxəli elmi və tibbi fəaliyyətinin təkcə öz dövrü üçün deyil, bu gün üçün də əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, akademik Zərifə Əliyeva tərəfindən aparılmış, effektivliyi əsaslı tədqiqatlarla həm nəzəri, həm də praktiki şəkildə sübut olunmuş müalicə metodu traxomanın sosial xəstəlik kimi ləğv edilməsində mühüm rol oynayıb. Görkəmli alimin bu istiqamətdə elmi kəşfi bütün SSRİ respublikaları üçün ümid işığı olub və oftalmologiya elmi qarşısında əvəzsiz xidmət hesab olunub.
Akademik İradə Hüseynova 1979-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fiziologiya İnstitutunda məhz Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə olduqca əhəmiyyətli tədqiqatların aparıldığını da diqqətə çatdırıb. Bildirib ki, alimin apardığı elmi tədqiqatlar, onun ictimai fəallığı, pedaqoji istedadı dünya elmi ictimaiyyəti tərəfindən layiqincə qiymətləndirilib, Zərifə xanım çoxsaylı mükafatlara layiq görülüb.
Sonra Milli Məclisin deputatı, biologiya elmləri doktoru Kamilə Əliyeva çıxış edərək geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə rəğbət qazanmış Zərifə Əliyevanın mənalı ömür yolunun hər bir azərbaycanlı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu vurğulayıb. Bildirib ki, Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara nur bəxş edib, onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub.
Kamilə Əliyeva vurğulayıb ki, Zərifə Əliyeva tibb elminin müasir problemlərinə həsr olunmuş çox sayda tədqiqat işlərinin, sanballı əsərlərin, dərslik və dərs vəsaitlərinin, ixtiraların müəllifidir. Görkəmli alim Azərbaycan elmini yüksəklərə qaldıraraq dünya səviyyəsində tanınmasında misilsiz xidmətlər göstərib.
Tədbirdə Azərbaycan Tibb Universitetinin professoru Tamfira Əliyeva, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri tibb elmləri doktoru Rasim Hacıyev görkəmli alimlə bağlı xoş xatirələrini bölüşüblər.
Həmçinin elmi konfransda A.İ.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, AMEA-nın müxbir üzvü Novruz Quliyev və digərləri çıxış edərək Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyətinin Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini bildiriblər. Çıxış edənlər tanınmış oftalmoloq-alimin apardığı tədqiqatlar, qazandığı nailiyyətlər və fundamental əsərlərinin ölkəmizdə təkcə oftalmologiya sahəsinin deyil, ümumiyyətlə tibb elminin parlaq səhifələrini təşkil etdiyini qeyd ediblər.
Daha sonra Akademik Zərifə Əliyeva adına liseyin şagirdinin ifasında görkəmli oftalmoloq-alimə həsr olunmuş şeir səsləndirilib.
Tehsil-press.az