Belçikada üzünə tort atdılar, gülüşlə qarşıladı - Video

Belçikada üzünə tort atdılar, gülüşlə qarşıladı - Video İrlandiyanın “Ryanair” aviaşirkətinin baş icraçı direktoru Maykl O'Liri Belçikanın paytaxtı Brüsseldə eko-aktivistlərin hücumuna məruz qalıb.
O'Liri çıxış etməyə hazırlaşarkən 2 ekoloji fəal onun üzünə tort atıb.
Fəallardan biri Maykl O'Liriyə “Belçikaya xoş gəlmisiniz” deyərək tort atıb. Digər aktivist isə “Təyyarələrin səbəb olduğu çirklənməni dayandırın” deyə şərh bildirib.
Bildirilir ki, baş icraçı direktor hadisə zamanı Avropa İttifaqında aviadispetçerlərin mütəmadi keçirilən etiraz aksiyaları barədə danışmaq niyyətində olub.
“Ryanair” rəhbəri hadisəni gülüşlə qarşılayıb.
Qeyd edək ki, insidentin Belçikada “Ryanair” pilotlarının sentyabrın 14-15-i yeni tətil elan etməkləri ərəfəsində baş verməsi diqqət çəkib.



Tehsil-press.az

Oxşar xəbərlər