İrakli Qaribaşvili: Regionda sülhün və sabitliyin təmin edilməsi vacibdir

İrakli Qaribaşvili: Regionda sülhün və sabitliyin təmin edilməsi vacibdir Regionda sülhün və sabitliyin təmin olması vacibdir. Gürcüstan regionda sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hər zaman hazırdır.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyan ilə telefon danışığı zamanı söyləyib.
Gürcüstan Hökumət Dəftərxanasından bildirilib ki, baş nazirlər Ermənistan və Azərbaycan sərhədindəki vəziyyət barədə danışıblar.
İrakli Qaribaşvili regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Hökumət başçısı qeyd edib ki, vəziyyətin dinc danışıqlar yolu ilə tənzimlənməsi vacibdir.

Tehsil-press.az


Oxşar xəbərlər