Biz ötən il dost ölkələrimiz Qazaxıstan və Azərbaycan ilə 2022-2027-ci illər ərzində boşluqların aradan qaldırılması və Orta Dəhlizin inkişafı üzrə strateji tədbirləri özündə əks etdirən sənədlər imzalamışıq. Sözügedən sənədlərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı, istehsalın optimallaşdırılması, vahid tarif siyasətinin həyata keçirilməsi, dəhlizin rəqəmsallaşdırılması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər öz əksini tapıb.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Çin-Gürcüstan biznes forumundakı çıxışı zamanı söyləyib.
Hökumət başçısı deyib ki, beynəlxalq birliyin məsul üzvü və Orta Dəhlizinin tərkib hissəsi kimi Gürcüstan qarşıdakı illər üçün kifayət qədər potensialı təmin etmək məqsədilə nəqliyyat infrastrukturunun inkişafına böyük kapital qoyur. Gürcüstan hökumətinin əsas prioritetlərindən biri nəqliyyatın əlaqələndirilmiş fəaliyyəti və beynəlxalq standartlara uyğun nəqliyyat infrastrukturunun modernləşdirilməsi və yaxud tikintisidir.
İrakli Qaribaşvili Dəmir Yolunun Modernləşdirilməsi Layihəsi barədə məlumat verib, layihənin 2024-cü ilin sonunda başa çatdıqdan sonra Gürcüstan dəmir yolunun ötürücülük qabiliyyətinin iki dəfə artacağını qeyd edib.
Tehsil-press.az