Almaniyanın xarici işlər naziri Annalena Berbok bazar ertəsi günü Kiyevə gəlib. Onun səfəri ilə bağlı məlumat təhlükəsizlik səbəbindən əvvəlcədən açıqlanmayıb.
Kiyevə gələn Almaniyanın xarici işlər naziri bildirib: “Ukrayna, həmçinin bizim hamımızın azadlığını böyük rəşadət və qətiyyətlə müdafiə edir. Ukrayna bizim arxamızda durduğu kimi, biz də onu müdafiə edəcəyik”.
Almaniyanın naziri əlavə edib ki, hazırda Avropa İttifaqında Ukraynanın üzvlüyü ilə bağlı qərar hazırlanır. Berbok vurğulayıb: “Artıq Ukraynada məhkəmə və qanunvericilik islahatının nəticələri görünür. Hələ irəlidə antioliqarxiya qanunu və korrupsiya ilə mübarizə də var”.
Bundan başqa, AFR XİN-in başçısı xatırladıb ki, Ukraynada qışa hazırlıq tam sürətlə davam edir, lakin “ilin fəslindən asılı olmayaraq, Almaniya Ukraynaya iqtisadi, hərbi və humanitar sahələrdə Rusiyanın təcavüzündən müdafiə üzrə dəstəyini dayandırmır”.
Tehsil-press.az