Almaniya Ukraynaya yeni yardım paketini açıqladı

Almaniya Ukraynaya yeni yardım paketini açıqladı Almaniya Ukrayna üçün 400 milyon avro dəyərində yeni yardım paketi hazırlayır.
Bu haqda Almaniyanın müdafiə naziri Boris Pistorius “Bild”ə bildirib.
Onun sözlərinə görə, Almaniya hakimiyyəti Ukraynaya əlavə olaraq yeni yardım paketi çərçivəsində 400 milyon avro dəyərində sursat - partlayıcı və minaatan mərmiləri, həmçinin mina əleyhinə raketlər verəcək.
“Çünki sursat Ukraynanın ən çox ehtiyacı olan şeydir”, - deyə nazir qeyd edib.
Pistorius vurğulayıb ki, Berlin Kiyevə zirehli maşınlar, minalardan təmizləmə sistemləri, isti geyimlər, elektrik generatorları və istilik sistemləri də ötürəcək.

Tehsil-press.az


Oxşar xəbərlər