Elm və Təhsil Nazirliyində professor Dilarə Seyidzadə ilə görüş olub

Elm və Təhsil Nazirliyində professor Dilarə Seyidzadə ilə görüş olub “Heydər Əliyev İli” çərçivəsində Elm və Təhsil Nazirliyində tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə "Heydər Əliyev – 100 il" adlı görüş keçirilib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən görüşün mahiyyətindən danışıb. Nazir müavini Elm və Təhsil Nazirliyinin “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı barədə məlumat verib və Ümummilli Liderin Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini qeyd edib.
Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə Ümummilli Liderlə birgə fəaliyyətindən danışıb. O, Ümummilli Liderin həyatının bu gün hər kəs üçün örnək olduğunu söyləyib. Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunması və hərtərəfli inkişafı naminə əvəzolunmaz xidmətlərini diqqətə çatdıran qonaq Heydər Əliyevin uğurlu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Tədbirdə nazirlik əməkdaşlarının Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və dövlətçilik fəaliyyəti ilə bağlı sualları cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Elm və Təhsil Nazirliyi ərazi partiya təşkilatının yeni üzvlərinə biletlər təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər