ADU-da professor Dilarə Seyidzadə ilə görüş

ADU-da professor Dilarə Seyidzadə ilə görüş Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib.
Görüşün əhəmiyyətdən danışan ADU-nun rektoru akademik Kamal Abdulla qeyd edib ki, Dilarə Seyidzadə uzun illər Ulu Öndər Heydər Əliyevin böyük idarəçilik və zəngin həyat təcrübəsinə yiyələnib: “Dilarə xanım yüksək mənəvi dəyərlərə sahib, olduqca ləyaqətli və dəyərli bir şəxsiyyətdir. Dilarə Seyidzadə Azərbaycanın say-seçmə alimlərindən biridir. O, Ulu Öndər Heydər Əliyevin köməkçisi kimi uzun illər öz sədaqəti və səmərəli fəaliyyəti ilə hər kəsin rəğbətini qazanıb. Bu gün onunla ünsiyyət son dərəcə maraqlı olmaqla yanaşı, həm də olduqca faydalıdır”.
Görüşdə professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, Ulu Öndərin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.
Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətli, hər bir incəliyə önəm verən bir şəxsiyyət olduğunu bildirib: “Mənə bir dəfə tapşırdı ki, mütləq xəritə olmalıdır. Biz o xəritəni yaratdıq. Müəllim kimi hər bir xarici səfərdə bütün siyasi xadimlərə xəritə üzərində Azərbaycan həqiqətlərini izah edirdi. Bir dəfə yox, bütün prezidentlərlə görüşdə, hər dəfə. O, eyni zamanda, mədəniyyətə böyük dəyər verirdi, insanların qayğıları ilə yaxından maraqlanırdı. Hamıya mənəvi güc verirdi”.
Görüşdə tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər