Son günlər cəbhədə baş verən hadisələrə ölkə əhalisi həssaslıqla yanaşır.
“Qafqazinfo” xəbər verir ki, orduya və əsgərlərimizə dəstək məqsədilə paytaxda, eləcə də regionlarda xeyli dəstək aksiyası keçirilir. Aksiyalarda əllərində bayraq tutan həmvətənlərimiz müxtəlif şüarlar səsləndirərək ordunun yanında olduqlarını ifadə edirlər. Eyni zamanda, bayrağımız təkcə gənclərin əllərində deyil, binaların eyvanlarında, maşınların üstündə, müxtəlif obyektlərin girəcəyində dalğalanır.
Əldə etdiyimiz məlumata görə,bayrağa ehtiyacın çox olduğu bir vaxtda bəzi işbazlar artıq qiymət artımı ilə bağlı hərəkətə keçiblər. Belə ki, son hadisələrə qədər eni 50, uzunluğu 100 sm olan bayrağın qiyməti 3-4 manat arasında dəyişirdisə, hazırda qiymətlər yarıbayarı qalxaraq 5-7 manatadır.
“Qafqazinfo” əməkdaşları da yayılan məlumatı dəqiqləşdirmək üçün paytaxtın mərkəzi yerlərində bayrağın qiymətləri ilə maraqlanıblar. Məlum olub ki, həqiqətən də mağazalarda qiymətlər tam fərqlidir. Metr yarımlıq bayraq bir mağazada 8, digərində 10, başqa birində isə 12 manata satılır.
Mağaza satıcılarından qiymətlərin nə üçün qaldırıldığını soruşduqda isə, bizə hər hansı artım olmadığını, qiymətlərin əvvəlki kimi qaldığını dedilər. Bundan əlavə, xatırladırlar ki, sonuncu dəfə qiymət artımı cəbhə bölgəsində hadisələr başlamazdan öncə olub. Qeyd edək ki, hazırda tələbat həddən artıq olduğu üçün bir çox mağazada bayrağın satılıb bitdiyinin də şahidi olduq.
tehsil-press.az