Şagirdlərin qiymətləndirilməsində beynəlxalq təcrübə öyrənilir

Şagirdlərin qiymətləndirilməsində beynəlxalq təcrübə öyrənilir Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutunun benefisiar olduğu “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin (AzMKÇ) 5-ci səviyyəsi üzrə kvalifikasiyaların hazırlanması və Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsində Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi çərçivəsində yaradılmış şagirdlərin qiymətləndirilməsi işçi qrupunun ikinci təlim görüşləri keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd qiymətləndirmə ilə bağlı vəziyyəti müzakirə etmək, mövcud Milli Qiymətləndirmə Çərçivəsinin konsepsiyasını/strukturunu və məzmununu nəzərdən keçirmək, konsepsiya sənədinin yeni strukturunu və məzmununu inkişaf etdirərək Milli Qiymətləndirmə Çərçivəsinin təkmilləşdirilməsi və onun həyata keçirilməsi üçün addımlar təklif etmək olub.
Təlimlərdə spiker qismində Maya Yukiç çıxış edib. Təlimlər zamanı iştirakçılar layihə çərçivəsində hazırlanmış bir neçə sənədin ilkin variantlarının (təlim proqramının, Azərbaycanda şagirdlərin qiymətləndirilməsi üzrə mövcud vəziyyət haqqında icmal), Milli Qiymətləndirmə Çərçivə sənədinin yeni versiyasının hazırlanması istiqamətində sənədin strukturunun və məzmunun müzakirəsini aparıb və təkliflər irəli sürüblər.
Təlimlərin sonunda iştirakçılar şagirdlərin qiymətləndirilməsinin müxtəlif aspektləri haqqında beynəlxalq təcrübənin öyrənilməsi, eyni zamanda, yeni qiymətləndirmə konsepsiyasının hazırlanmasında müasir yanaşmanın tətbiqi ilə bağlı ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, şagirdlərin qiymətləndirilməsi işçi qrupunda 42 nəfər iştirak edir.

Tehsil-press.az



Oxşar xəbərlər