İngiltərədə həkimlərin miqyaslı tətili başlayıb

İngiltərədə həkimlərin miqyaslı tətili başlayıb İngiltərədə on minlərlə həkim yüksək inflyasiya fonunda əməkhaqqlarının artırılması tələbi ilə üçgünlük miqyaslı tətilə başlayıb.
Aksiya Böyük Britaniyanın Tibb Assosiasiyası tərəfindən təşkil edib. Tətil günlərində xəstəxanalarda təcili tibbi yardım daxil olmaqla, insanlara məhdud miqdarda xidmətlər göstəriləcək.
İngiltərədə həkimlərin ötən ilin dekabrında baş tutan tətili zamanı bir milyondan çox pasiyentin qəbulu ləğv edilmişdi. Hazırda isə 7,7 milyon insan Milli Səhiyyə Xidmətinin sistemində stasionar müalicə gözləyir. Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Rişi Sunak tibbi xidmət üçün gözləmə müddətinin azaldılmasını hökumətinin əsas məqsədlərindən biri adlandırmışdı.

Tehsil-press.az



Oxşar xəbərlər