Bakı Dövlət Universitetinin (BDU) Nanomaterialların kimyəvi fizikası kafedrasının I kurs doktorantı Məhəmməd Bağırov Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı proqramının “Fotovoltaika üçün yeni qeyri-üzvi halkogenidlərin tədqiqi və beynəlxalq əməkdaşlıq” (CA21148) adlı layihəsi üzrə Qısamüddətli Elmi Missiya qrant müsabiqəsinin qalibi kimi Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb.
Layihə üzrə M.Bağırov tərəfindən BDU-nun Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında sintez olunan GO və GO əsaslı nanokompozitlər (tədqiqat mövzusu: “AgNWs/GO əsaslı kompozitlərin hazırlanması və onların H2S buxarında sulfidləşmə prosesi”) Qazi Universitetinin FOTONİK Tətbiqetmə və Araşdırma Mərkəzində tədqiq olunub, spektroskopik analizlər və Şotki strukturlar yaradılaraq elektrik ölçmələri aparılıb. Sintez edilmiş ikiölçülü quruluşların və nanokompozitlərin strukturu, elektrik və optik xassələri müxtəlif analiz üsulları ilə tədqiq edilib. Alınmış nəticələr həmin mərkəzin elmi işçiləri ilə müzakirə olunub və gələcəkdə birgə elmi məqalələrin hazırlanması nəzərdə tutulub.
Məhəmməd Bağırov səfər müddətində Qazi Universitetinin müxtəlif tədqiqat laboratoriyaları ilə tanış olub, əməkdaşlarla diskussiyalarda iştirak edib, həmçinin Nanoaraşdırmalar ETL-in elmi istiqamətləri və BDU haqqında iştirakçılara məlumat verib.
Tehsil-press.az