Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Lalə Qəhrəmanlı, Mustafa Muradov, Qönçə Eyvazova və Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kafedrasının müəllimi Ofeliya Balayevanın “Sonokimyəvi və SİLAR üsulu ilə alınmış CdxZn1-xS nanomateriallarının struktur, optik və elektrik xassələri” (“Structural, Optical, and Electric Properties of CdxZn1-xS Nanomaterials by Sonochemical and Sılar Methods”) adlı məqaləsi təsir faktoru (impact factor) 3.543 olan “Journal of Inorganic and Organometallic Polymers and Materials” beynəlxalq jurnalında yer alıb.
Məqalədə ilk dəfə olaraq sonokimyəvi və SİLAR üsulu ilə alınan nanomaterialların dielektrik xassələri alınma üsulundan, tərkibindən, sintez temperaturundan asılı olaraq, eləcə də hər iki üsul ilə alınmış nanokompozitlərin optik və quruluş xassələri müqayisəli şəkildə analiz edilib.
Tehsil-press.az