Aşqarlar Kimyası İnstitutu Türkiyənin Bartin Universiteti ilə əməkdaşlıq edəcək

Aşqarlar Kimyası İnstitutu Türkiyənin Bartin Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev Türkiyənin Bartin Universitetində elmi ezamiyyətdə olub.
Əfsun Sucayev Bartin Universitetinin Fen fakültəsinin dekanı professor Bülent Karakaş ilə görüşdə birgə nəzərdə tutulan işləri müzakirə ediblər.
Əfsun Sucayev Fen fakültəsinin biotexnologiya, bioüzvi kimya, molekulyar biologiya və genetika bölümlərinə aid olan elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, orada tətbiq olunan yeni sintez və analiz üsulları, elmi tədqiqatlar haqqında geniş məlumat alıb.
Səfər zamanı Bartin Universiteti ilə Aşqarlar Kimyası İnstitutu arasında əməkdaşlıq memorandumu və “Erasmus” proqramı ilə bağlı qurumlararası müqavilə imzalanıb.
Əfsun Sucayev Fen fakültəsinin təşkil etdiyi “Elm söhbətləri”ndə “Fizioloji fəal üzvi birləşmələrin sintezində və tədqiqində yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, elmi ezamiyyət Elmin İnkişaf Fondunun “Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” qrant layihəsi çərçivəsində həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər