Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi seminarı keçirilib.
Seminarda laboratoriyanın elmi işçisi Almara Rəhimli “TSD metodu vasitəsilə PVX/TiO2 əsaslı nanokompozitlərin yük halının təyini” mövzusunda məruzə ilə çıxış edib.
A.Rəhimli Termostimullaşdırılmış depolyarizasiya metodu və həmin metoddan istifadə etməklə PVX/TiO2 əsaslı nanokompozitlərin yük halının tədqiqinin nəticələri haqqında məlumat verib. O, həmçinin elektrotermopolyarlaşmanın (ETP) PVX/TiO2 əsaslı nanokompozitlərin aktiv xassələrinə təsirindən danışıb və qeyd edib ki, ETP prosesinin təsiri altında PVX/TiO2 əsaslı nanokompozitlərin fazalararası sərhədində sərhədyanı yüklər toplanır. Bu yüklər yüksək intensivlikli daxili lokal sahə yaradır, onun təsiri altında TiO2 nanohissəciklərinin əlavə lüminessensiya mərkəzləri aktivləşir, nəticədə lüminessensiya intensivliyi artır.
Məruzə üzrə məlumatlar slaydlar vasitəsilə təqdim edilib.
Sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Tehsil-press.az