Tramp “Forbes”in 400 ən zəngin ABŞ sakini siyahısında yer almayıb

Tramp “Forbes”in 400 ən zəngin ABŞ sakini siyahısında yer almayıb Sabiq prezident və milyarder Donald Tramp son üç ildə ikinci dəfə “Forbes” jurnalının 400 ən zəngin ABŞ sakini siyahısına daxil edilməyib.
Nəşrin yaydığı məlumata görə, keçmiş Amerika liderinin sərvəti ötən illə müqayisədə 600 milyon dollar azalaraq 2,6 milyard dollar olub.
Jurnal qeyd edir ki, Trampın maliyyə itkilərinin əsas səbəbi “Truth Social” sosial şəbəkəsidir. Sosial şəbəkənin 90 faiz səhminə sahib olan keçmiş Amerika lideri 2021-ci ilin payızında istifadəyə verildiyi zaman xeyli sayda amerikalının qeydiyyatdan keçəcəyinə ümid edirdi, lakin indiyədək şəbəkə istifadəçilərinin sayı cəmi 6,5 milyon nəfərə çatıb. Buna görə sosial şəbəkənin ilkin təxmini dəyəri 730 milyon dollardan 100 milyon dollara qədər aşağı düşüb.
Bundan əlavə, Trampın sərvəti qismən onun kommersiya daşınmaz əmlakının dəyərinin aşağı düşməsi ilə əlaqədar olaraq azalıb. “Forbes” hesab edir ki, Trampa tam və ya qismən məxsus olan ofis binalarının dəyəri 170 milyon dollar azalıb.
Tramp ilk dəfə 1982-ci ildə atası Fredlə birlikdə “Forbes”in ən zəngin insanlar siyahısına düşüb. Daha sonra o, 1996-cı ildən 2021-ci ilə qədər ardıcıl olaraq 400 ən zəngin amerikalı arasında yer aldı.

Tehsil-press.az


Oxşar xəbərlər