Hindistanın şimal-şərqində daşqınlar nəticəsində azı 43 nəfər, o cümlədən 23 hərbçi itkin düşüb.
NDTV telekanalının yaydığı məlumata görə, daşqına çərşənbə günü Himalay dağlarındakı Lhonak buzlaq gölünün ərazisində yağan güclü yağışlar səbəb olub. Tista çayı üzərində yerləşən su elektrik stansiyasından suyun buraxılması vəziyyəti daha da ağırlaşdırıb. Çayın səviyyəsi 4-6 metr artıb və axınlar çay vadisi boyunca ordu mövqelərini silib aparıb.
Hindistan ordusunun şərq komandanlığı azı 23 hərbçinin itkin düşdüyünü, bir neçə hərbi avtomobilin isə sel kütləsinin altında qaldığını bildirib. İtkin düşənlərin siyahısında 20 yerli sakin də var və ərazidə genişmiqyaslı axtarış əməliyyatı aparılır.
Daşqın nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Sel bəzi yolları sıradan çıxarıb. Hindistanın Baş naziri Narendra Modi mərkəzi hökumətin bölgəyə bütün lazımi yardım göstərəcəyini vəd edib.
Tehsil-press.az