Britaniyada gənclərə siqaret satılması qadağan oluna bilər

Britaniyada gənclərə siqaret satılması qadağan oluna bilər Böyük Britaniya hökuməti gənclərə siqaret satılmasının qadağan olunması barədə təklif irəli sürüb.
Təklif qəbul olunarsa, bu, Britaniyada dünyanın ən sərt siqaret qaydalarından birini yaradacaq və iri tütün kompaniyalarının satışlarına zərbə vuracaq.
Baş nazir Rişi Sunakın sözlərinə görə, siqaret ölkənin səhiyyə sisteminə il ərzində 17 milyard funt sterlinqə (təxminən 20,6 milyard dollar) başa gəlir. Hökumət, həmçinin gənclər arasında elektron siqaretlərin yayılması ilə də mübarizə aparmalıdır. Belə ki, Birləşmiş Krallıqda siqaret çəkən gənclərin sayı azalsa da, elektron siqaretlərdən istifadə halları artaraq rekord səviyyəyə çatıb.
Qeyd edək ki, ötən il Yeni Zelandiya 2009-cu ildə və daha sonra doğulan uşaqlara siqaret satılmasını qadağan edən ilk ölkə olub.

Tehsil-press.az



Oxşar xəbərlər