Bu il UNEC-ə qəbul olan xarici tələbələrin sayı 51 faiz artıb

Bu il UNEC-ə qəbul olan xarici tələbələrin sayı 51 faiz artıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əcnəbi tələbələrin sayının artırılması istiqamətində fəaliyyət planı qəbul edilib.
Fəaliyyət planının nəticələrinə əsasən bu il UNEC-ə qəbul olan xarici tələbələrin sayı keçən illə müqayisədə 51 faiz, son 8 ilin orta göstəricisindən isə 53 faiz çoxdur. UNEC-də oxumaq istəyən 96 əcnəbiyə isə müxtəlif səbəblərdən imtina edilib. Xarici tələbələr bütün türk dövlətləri də daxil olmaqla 13 xarici ölkəni təmsil edirlər.

Tehsil-press.az



Oxşar xəbərlər