Bir ildən artıqdır ki, İsveç polisi cinayət yerlərindən götürülmüş gilizlərin üzərindəki barmaq izlərini daha tez aşkarlamağa imkan verən yeni texnologiyadan istifadə edir. Texnologiya həm istintaq araşdırmasında, həm də yeni cinayətlərin qarşısının alınmasında polisin imkanlarını xeyli artırıb.
Milli Məhkəmə-Tibbİ Ekspertiza Mərkəzində gilizlər onların üzərindəki izləri rəqəmsal şəkildə skan edən konteynerə yerləşdirilir. Cavablar məlumat bazasında saxlanılır. Onları araşdırdıqdan sonra mütəxəssis gilizin hər hansı bir silahla əlaqəli olub-olmadığını müəyyən etmək imkanı əldə edir. Bu məlumatlar, öz növbəsində, istintaqın silahdan istifadə edən şəxslərin izinə düşməsinə və ya cinayət mühitini müəyyən etməsinə kömək edə bilər.
Eyni zamanda, əgər əvvəllər laboratoriyadan cavabın alınması yeddi həftəyədək davam edirdisə, bu gün həmin müddət 14 saata enib. Mütəxəssislər bu vaxtın üç saata endirilməsi üçün iş aparırlar.
Stokholm bölgəsində sentyabr ayında baş verən cinayət hadisələri dalğası məhkəmə-tibb ekspertizasının işinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Lakin ötən illə müqayisədə bu il ekspertiza əməkdaşları bu kimi halların araşdırılmasına daha yaxşı hazırlaşıblar. Niderland və ABŞ hakimiyyət orqanları sözügedən texnologiyanın satın alınmasında maraqlı olduqlarını bildirsələr də, hal-hazırda onun ixracı həyata keçirilmir.
Tehsil-press.az