UNEC ilə Almaniyanın Boxum Universiteti arasında əməkdaşlıq uğurla davam edir

UNEC ilə Almaniyanın Boxum Universiteti arasında əməkdaşlıq uğurla davam edir Almaniyanın KSI Boxum Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müəllimlərinin innovativ təhsil metodları üzrə hazırlanmasına fəal dəstək verir.
Bu istiqamətdə “Xarici dillərin metodik tədrisinin təşkili” adlı hibrid təlim keçirilib. Təlimi KSI Boxum GmbH-nin dosenti Rasim Sadıxov aparıb və seminar təşkilatçılar, həmçinin iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Təlim həm onlayn, həm də ənənəvi formatlarda tədris olunan interaktiv metodların inkişafına və qeyri-eksklüziv elmlərin səmərəli təşkilinə yönəldilib. Bu təşəbbüs müasir tədris metodlarının istifadəsini genişləndirməyi və interaktiv onlayn tədrisi təşviq edir.

Tehsil-press.az



Oxşar xəbərlər