“Erasmus+” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası (CTT) kafedrası ilə əməkdaşlıq edən Kopenhagen Universitet Kollecinin nümayəndələri Peter Mikael Hansen və Marie Ditte Pagaard universitetdə qonaq olublar.
Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, Azərbaycan coğrafiyası və CTT kafedrasının müdiri dosent Oqtay Alxasov və fakültə əməkdaşları ilə görüşən nümayəndələr fakültənin iş strukturu və fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə səyahət edərək, Azərbaycanın tarixi haqqında geniş məlumat əldə ediblər.
Növbəti gün qonaqlar ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdindəki Təlim-Tədris Mərkəzində “Avropada təhsil” mövzusunda seminarda iştirak edərək, Avropa təhsilinin fərqliliyindən danışıblar.
Danimarkalı mütəxəssislər ADPU-nun Tarix və coğrafiya fakültəsində tələbələr üçün “Davamlı inkişaf” mövzusunda, sonra isə müəllimlərlə açıq havada keçirilən dərslərlə bağlı seminar təşkil edərək təcrübələrini bölüşüblər.
UNESCO-nun mədəni irs siyahısına daxil olan Qobustan Dövlət Tarixi və Bədii Qoruğunu ziyarət edən nümayəndələr daha sonra respublikamıza xas olan palçıq vulkanları ilə yaxından tanış olublar.
Proqramın sonuncu günü isə Kopenhagen Universitet Kollecinin coğrafiyaçı mütəxəssislərinin Qubaya səfəri təşkil olunub.
Tehsil-press.az